Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub.
Hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2006-cı il təvəllüdlü Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimən zaman boğulub. Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1