Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının qarşısında bir qadının və iki övladının cəsədi aşkar olunub.

Qadının öz uşaqları ilə birgə 16-cı mərtəbədən özünü ataraq intihar etdiyi iddia edilir. 

Qonşuların sözlərinə görə, intihar edən qadının 32, qızlarının birinin 5, digərinin isə 7 yaşı olub. 

Qadının Azərbaycan əsilli Rusiya vətəndaşı olduğu bildirilir. Bununla yanaşı, ailənin soyadının Çunayev olduğu qeyd olunub. 
 
Hazırda faktla bağlı araşdırma aparılır.

Qafqazinfo 
скачать dle 12.1