Şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb.
Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.
Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
