Bakı-Qazax yolunda yük maşını qəzaya uğrayıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb. Magistralın Hacıqabuldan keçən hissəsində “Ford” markalı kiçiktutumlu yük avtomobili aşıb. Hadisə nəticəsində maşının yük yerində olan qarpız-yemiş ətrafa dağılıb. Həmçinin müxtəlif dərəcəli xəsarətlər alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər gələnə kimi yoldan keçən vətəndaşlar həmin sürücüyə kömək etməyə çalışıb.


скачать dle 12.1