Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Report xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 min 500 manat pulunu ələ keçirib.
O digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb.
M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.
Vətəndaşların 58 min manat pulunu “yeyən“ dələduz həbs olundu
01
avqust
17:30

Qarabağ
KOMMENTLƏR
Bakıda 21 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb
25 manata görə qardaşını bıçaqlayan şəxsə bu qədər həbs cəzası verildi
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edildi
Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat