Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, 2006-cı il təvəllüdlü şərti adı A.A tutularaq üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə narkokuriyerliyə cəlb edilən yetkinlik yaşına çatmayan şəxsin İran İslam Respublikası ilə dövlət sərhəddinin yaxınlığında gizlətdiyi yerdən əlavə 13 kq 530 qram heroin, 10 kq 550 qram qurudulmuş marixuana və 3 kq 65 qram metamfetamin aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs ilkin sorğuda ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni "Əhməd" adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Tədbirlərlə, ümumilikdə 27 kq 171 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
O da müəyyən edilib ki, şərti adı A.A-nın atası 2020-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə polis tərəfindən tutularaq istintaqa cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yetkinlik yaşına çatmayan şəxsi narkokuriyerliyə cəlb edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ
03
avqust
13:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat