Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, araşdırmalarla onun rayonun Muğanlı kənd sakini Arif Novruzov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən bir kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Novruzovun yaşadığı ünvana keçirilən baxış zamanı isə fərdi yaşayış evindən təmiz çəkisi 480 qram olan marixuana, eləcə də həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, A.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Evindən narkotik və çətənə bitkiləri götürülən şəxs həbs olundu
13
avqust
12:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat