Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin şxəslərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən sonuncu faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Bakıda 34 narkotacir saxlanıldı
26
sentyabr
11:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat