Rusiyada, Orel vilayətində məhkəmə üç uşaq və 32 yaşlı qadının ölümündə təqsirləndirilən 61 yaşlı silsilə qatil Şavkat Şayaxmedovun işinə baxacaq.
Bu haqda Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Kişi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddənin 2-ci hissəsinin "a, v, k" bəndləri ("Qətl"), 131-ci maddənin 1-ci hissəsi ("Zorlama") və 132-ci maddənin 3,4-cü hissələri ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə ittiham olunur.
Məlumata görə, 2021-ci ilin yayında Şayahmedov doqquz yaşlı Viktoriya Qnedovanı öldürüb. Qızı bir neçə ay axtarıblar və yalnız polis onun itkin düşməsində müttəhimin əli olduğunu sübut edə bildikdə tapılıb. Daha sonra kişi meyiti zərərçəkmişlə birlikdə yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib.
İstintaqın məlumatına görə, 2000-ci ilin aprelində, 2003-cü ilin sentyabrında və 2005-ci ilin iyulunda Şayahmedov daha üç yerli sakini - 6 və 11 yaşlı oğlanları, həmçinin 32 yaşlı qadını qətlə yetirib. Təqsirləndirilən şəxs qadını və 6 yaşlı uşağı tanımayıb, 11 yaşlı oğlan isə qonşu evdə yaşayıb. Adam üçünü də boğub, günahını etiraf edib. Bundan əlavə, kişi uşaqlara qarşı cinsi istismar epizodlarını da etiraf edib.
61 yaşlı kişi uşaqları zorladı, sonra da öldürdü
30
sentyabr
18:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat