Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Araşdırma aparılır.
Keçmiş məhkum saxlama məntəqəsində öldü
10
oktyabr
12:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat