Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.
"Qafqazinfo" xəbər verir ki, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan isə bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib:
“Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüb. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”.
Salyanda 15 yaşlı qızı ərə vermək istədilər
11
oktyabr
10:52

Qarabağ
KOMMENTLƏR
Sabirabadda yeniyetmə qız 40 yaşlı kişiyə ərə verilib? - RƏSMİ AÇIQLAMA
Sabirabadda 40 yaşlı kişi 16 yaşlı qız aldı
Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qızı qaçırıb, təcavüz edən əmi həbs edildi (YENİLƏNİB)
Azərbaycanda DƏHŞƏT: Əmisi 13 yaşlı qızı qaçırıb, təcavüz etdi
Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat