Tovuzda yeni doğulan körpəyə vurulan sistemin onun sağ qolunu iflic etdiyi iddia olunur.
"Xəzər Xəbər" məsələ ilə bağlı süjet hazırlayıb.
Bildirilir ki, valideynlər həkimləri günahlandırır.Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.
Bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar.
Körpənin valideynləri məsələnin araşdırılmasını və günahkar olan həkimlərin cəzalanmasını tələb edir.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı açıqlama almaq istəsək də suallarımızı cavablandıran tapılmadı.
TƏBİB-dən isə bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Əgər hər hansı bir nöqsan aşkar edilərsə müvafiq tədbirlər görüləcək.
Daha ətraflı süjetdə:
Azərbaycanda körpəyə vurulan sistem onun qolunu iflic edib? - Video
12
oktyabr
11:24

Qarabağ
KOMMENTLƏR
Bakıda DƏHŞƏT: Narkoman valideynlər körpəyə işgəncə verdilər
Ölmüş körpənin xəstəxanadan qaçırılmasından öncə içəridə nələr baş verib? - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda 18 günlük körpənin qolu sındırıldı
Dəmir yolundan tapılan körpənin adını Tapdıq qoydular
Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? - AÇIQLAMA - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat