Son üç aya yaxın bir müddətdə Şəkidə üç nəfər intihar edib. İntihar edənlərin hamısı 25-30 yaş arası gənclərdir. Onlar üçü də eyni məhəllədə, Dağdibi adlanan ərazidə yaşayıb. Hər üç gənc evin tək oğlu olub. Canına qəsd edənlərdən ikisi, hətta yaxın dost olublar.
İlk intihar hadisəsi iyulun 24-də gecə saatlarında Muxtar Hacıyev küçəsində baş verib. 28 yaşlı Zahir Həmidov yaşadığı ünvanda özünə qəsd edib.
Sentyabrın 19-da isə onunla qonşuluqda yaşayan 21 yaşlı Məhəmməd Kərimov canına qıyıb. O da özünü eyni üsulla, yəni asaraq öldürüb.
Qonşular deyir ki, Zahirlə Məhəmməd yaxın dost olublar. Hətta Zahir canına qıydıqdan sonra Məhəmməd dostunun adını döymə ilə qoluna yazdırıb.
Həmin məhəllədə baş verən sonuncu intihar hadisəsi isə oktyabrın 9-u, gecə saatlarında Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birinin bağ sahəsində qeydə alınıb. 24 yaşlı Sayiq Sayiqzadə özünü qoz ağacından asıb. Sayiq intihar edərkən həyat yoldaşı xəstəxanada olub. Bir gün sonra isə onun övladı dünyaya gəlib.
Hər üç hadisə Şəki şəhərində böyük rezonans doğurub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Şəkidə eyni məhəllədə baş verən üç intiharın təfərrüatı - VİDEO
14
oktyabr
18:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat