Qazaxda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib. Toya gələn qonaqlar, şəhər sakini 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.
Mübahisə getdikcə böyüyüb və nəticədə E. Rəfiyev qarnından bıçaqlanıb.
Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə hadisəni törədən Ə. Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
***
23.10.2022
Saat: 20:59
Qazaxda 25 yaşlı oğlan bıçaqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, rayon sakini 2002-ci il təvəllüdlü Əli Məmmədov həmyerlisi 1997-cu il təvəllüdlü Elşən Rəfiyevi şəxsi münasibətlər zəmnində bıçaqlayıb.
Yaralı xəstəxnaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
DİN rəsmisi qeyd edib ki, Ə.Məmmədov cinayəti törədikdən sonra hadisə yerindən qaçıb.
Hazırda onun saxlanılması istiqamətində axtarışlar davam edir.
Toyda rəqs üstündə QAN TÖKÜLDÜ - YENİLƏNİB
25
oktyabr
14:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat