Respublika Klinik Xəstəxanasında ana övladını dünyaya gətirdikdən sonra ölüb.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib.
Oktyabrın 30-da ana Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan qadına normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub. Keysəriyyə əməliyyatı ilə cinsi qadın, çəkisi 2100 qram, boyu 45 santimetr olan körpə doğulub.
Əməliyyatdan sonra pasiyent Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq ana vəfat edib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.
Azərbaycanda doğuş zamanı FACİƏ: Ana öldü
31
oktyabr
17:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat