Lənkəranda qadın qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib. 59 yaşlı kənd sakini olan bir qadın polisə müraciət edərək yaşadığı evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən yaşayış evində heç bir oğurluq hadisəsinin baş vermədiyi, həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Əslində qızılların hamısının yerində olduğu bəlli olub.
Polisə oğurluq barədə bilərəkdən yalan məlumat verən qadın barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.
Polisə zəng edib qızıllarının oğurlandığını dedi, yalan çıxdı
02
noyabr
11:27

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər