Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram “marixuana”, 100 qram “tiryək” və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.