Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.
Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:
“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Bakıda zəncirvari qəza: Xəsarət alan var
15
noyabr
16:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat