Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 12 nəfər şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə gətirilib. Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-i inzibati qaydada həbs olunub, 5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən 3 nəfər şəhər sakini də müəyyən edilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Şirvanda 7 dilənçi həbs edildi
16
noyabr
16:53

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər