Bu gün səhər saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 43 yaşlı İxtiyar Tarverdiyevin yaşadığı evin həyətində vəfat etməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları həmin ünvanda olublar və meyitə baxış keçirilib.
İlkin araşdırma zamanı həmin şəxsin yaşadığı evin həyətində çaqqalın hücumuna məruz qaldığını, şəkər və ürək xəstəliyindən əziyyət çəkdiyinə görə qorxudan ani ürəktutmasından vəfat etməsi müəyyən edilib. İ.Tarverdiyevin ailə üzvləri də izahatlarında onun qorxudan vəfat etməsini təsdiqləyiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çaqqalların hücum etdiyi şəxs ürəktutmadan öldü
19
noyabr
13:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat