Bakıda köşkə basqın edilib, satıcı hədələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
скачать dle 12.1