Bakıda yol kənarında avtomobillərin parklanmasına nəzarət edən şəxslə sürücü arasında insident olub.
Hadisə Nəsimi rayonunda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində baş verib. Sürücü ilə “parkovşik”in mübahisəsindən sonra avtomobil sahibi 102-yə müraciət edərək polis çağırıb. Parklanmaya nəzarət edən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə aparılıb. Burada onun Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Z.S. olması müəyyən edilib. “Parkovşik”in barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmədə 50 yaşlı Z.S bildirib ki, insident sürücünün ona məxsus olan və parklanma zamanı istifadə etdiyi aləti götürüb atması səbəbindən baş verib: “Daimi yaşayış yerim yoxdur. Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində avtomaşınları park etməyə kömək edərək qazandığım az miqdarda pulla günlük xərclərimi qarşılayıram. Hadisə baş verərkən avtomobillərin park edilməsi üçün istifadə etdiyi dəmir alətin bir nəfər şəxsə məxsus avtomobilin sürücüsü tərəfindən kənara aparıldığını gördüm və bu barədə öz irad bildirdim. Bundan sonra həmin şəxslə aramızda mübahisə yarandı, lakin həmin şəxsi təhqir etməmişəm. Daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə müraciət etdi, polis əməkdaşları gəldi. Polis əməkdaşları məni şöbəyə dəvət etdikdə heç bir təhqir və etiraza yol vermədən onlarla birgə getmişəm”.
Nəsimi Rayon məhkəməsinin qərarı ilə Z.S-ə 10 sutka inzibati həbs cəzası verilib.
Bakıda sürücü ilə dalaşan “parkovşik” həbs edildi
02
dekabr
16:33

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər