Ağstafada yük maşını aşıb, sürücü xəsarət alıb.
Hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Hərəkətdə olan "VOLVO" markalı yük  maşını yoldan çıxaraq aşıb. Qəza zamanı Gürcüstan vətəndaşı olan sürücü, 1956-cı il təvəllüdlü Arzu Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, qəzaya küləkli hava şəraiti səbəb olub.
Yük maşını Gürcüstana yük aparırmış. Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada qəza - Xarici vətəndaş yaralandı (FOTO)
скачать dle 12.1