Dünən Biləsuvarda evdə baş vermiş və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Məmmədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, faciə ilə nəticələnən yanğının evdəki “Wi-Fi” modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətinliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.
Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, yanğın dekabrın 20-si saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınmışdı.
Biləsuvardakı faciəyə səbəb “Wi-Fi” modeminin partlaması imiş - TƏFƏRRÜAT
21
dekabr
12:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat