Şirvan Şəhər Polis Şöbəsinə iki nəfər şəhər sakininin bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədikləri, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığı və onların pullarını soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Aparılan araşdırmalarla həmin cinayət əməlini Bakı şəhərində saxlanılmış və inzibati qaydada həbs edilmiş Salyan rayon sakini Fizuli Nəcəfovun törətməsi müəyyən edilib.
Həmin şəxs Şirvan ŞPŞ-nə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Polis əməkdaşları F.Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.
Soyğunçuluq edən Salyan sakini tutuldu
24
dekabr
10:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat