Azərbaycan gömrük orqanları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilər, siqaretlər və xarici valyuta aşkar edib.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunda gəmi ilə ölkəmizə daxil olan minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmayan 84 ədəd spirtli içki və 1200 ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ixrac nəzarət xəttinə daxil olan “Volvo” markalı avtomobilin sürücüsünün üzərində yoxlama zamanı isə gömrük orqanına bəyan edilməyən 5 340 ABŞ dolları aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ölkəyə qanunsuz spirtli içkilər, siqaret və xarici valyuta keçirmək istədi
27
dekabr
12:49

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi