Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda qeydə alınıb. Bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub.
N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Parkda kişinin telefonunu alıb sifətinə daş vurdu
21
yanvar
12:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat