Balakəndə yaşayış evi yanıb, yanğınsöndürən xəsarət alıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi bu gün Balakən rayon Yeni Şərif kənd sakini 1961-ci il təvəllüdlü Urkayev Paşa Ramazan oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən YMH-dən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 130 kv metr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kv metr hissəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Balakən YMH-nin bir nəfər yanğınsöndürəni yanıq xəsarətləri alaraq Balakən rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.
Balakəndə yanğın - FHN əməkdaşı xəsarət aldı
25
yanvar
14:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat