İsmayıllı rayonunda zəncirvari avtomobil qəzası olub.
"Unikal"ın məlumatına görə bu gün axşam saatlarında Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ 2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri yoldan çıxaraq çökək əraziyə aşıb. Məlumata görə sürücülər Basqal ərazisində yolun buz bağlamasından xəbərsiz olduqları üçün qəflətən zəncirvari qəza baş verib. Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti təxminən bir saat ərzində dayanıb, uzun məsafədə tıxac yaranıb, əraziyə gələn DYP əməkdaşları avtonobillərin hərəkətini bərpa edib. Hadisə zamanı xəsarət alan şəxslər, 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda buz bağlayan yolda 7 avtomobil toqquşub, yaralılar var
18
fevral
19:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat