Bərdə Rayon Polis Şöbəsinin isti izlərlə keçirdikləri əməliyyat tədbiri nəticəsində qadına qarşı soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-yə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev isti izlərlə saxlanılıb. O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.
Faktla bağlı Bərdə RPŞ-də E.İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qadının evindən soyğunçuluq edən şəxs tutuldu
02
mart
10:46

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar