Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.
Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı
10
mart
12:32

Qarabağ
KOMMENTLƏR
16 yaşlı qızın toyunda iştirak edən polislə bağlı araşdırma başlanıldı
Ucarda 16 yaşlı qız ərə verilib
50 yaşlı kişi ilə ailə quran qızın yaşı 17-dən çox imiş - YENİLƏNİB
Azərbaycanda müəllim şagirdi döyüb, bu hala saldı - VİDEO (YENİLƏNİB)
Azərbaycanda oğurlanan 15 yaşlı qız ailəsinə təhvil verildi - YENİLƏNİB
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat