Qadın sərnişinlərlə qeyri-etik formada davranan və əxlaqsız təkliflər edən "Uber" və "Bolt" taksi şirkətlərinin 10 sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində "Uber" və "Bolt" taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təklif etmələri barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis İdarələrində silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə qeyd olunan əməlləri törədən həmin şirkətlərin sürücüləri - Əlibala Məmmədli, Xəyal Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov, Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də müəyyən edilib.
Qeyd edilən hüquqpozmalara yol vermiş 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Xanımlara əxlaqsız təkliflər edən 10 sürücü saxlanıldı
10
mart
15:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat