Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mŞəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıb.
Şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə sonuncunun yaşadığı ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub. Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Şəkidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu
18
mart
19:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat