Bu ilin avqust ayının 19-da Antalyada otellərin birində qətlə yetirilən Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə görə daha iki nəfər həbs edilib.
Bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, saxlanılanların hər ikisi Azərbaycan vətəndaşı A.M. və R.G.-dır. Onlar oktyabrın 29-da Bakıdan İstanbul Hava Limanına və buradan da Ukraynaya getmək istəyiblər. Polis hava limanında hər iki şəxsi saxlayıb və məhkəməyə gətirilərək həbs olunublar.
Qeyd edək ki, A.M. və R.G. Nadir Səlifovun ölümündən bir neçə gün əvvəl onu qətlə yetirən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli ilə otellərin birində görüşüblər. "Lotu Quli" qətlə yetirilən gün isə onlar Türkiyəni tərk ediblər. İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi apardığı araşdırmaya görə hər iki şəxs Nadir Səlifovun qətlinin sifarişçiləri olub. /Publika.az
“Lotu Quli”nin qətlinin sifarişçiləri saxlanıldı
02
noyabr
10:13

Qarabağ
KOMMENTLƏR
Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir
“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı - VİDEO
"Lotu Quli"nin qatili ilə birlikdə görüntüsü yayıldı - Video
Afaq Aslan Lotu Qulidən danışdı: “Ağırdır...”
"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat