Bakı-Qazax yolunda aprelin 25-də baş verən yol-nəqliyyat hadisəsində yaralananların sayı məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ucar ərazisində qeydə alınan avtomobil qəzası nəticəsində iki nəfər xəsarət alıb:
“Ucar ərazisində qeydə alınan avtomobil qəzası nəticəsində iki kişi müxtəlif bədən xəsarətləri alıb. Onlar TƏBİB-in tabeliyindəki Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, zəruri tibbi xidmət göstərilib. Travmatoloq müayinəsindən sonra pasiyentlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Pasiyentlərdən biri ambulator müalicə üçün evə buraxılıb, biri isə başqa tibb müəssisəsində müalicəsinin davam etdirilməsini istədiyi üçün ərizə yazaraq, Göyçay RMX-ni tərk edib”.
Xatırladaq ki, hadisə ötən gün magistral yolun Ucar rayonu ərazisindən keçən hissəsində baş verib. Sərnişin daşıyan mikroavtobus qarşıdan gələn digər mikroavtobusla toqquşub.
Bakı-Qazax yolunda baş verən qəzada yaralananların sayı açıqlandı
26
aprel
12:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat