Azərbaycanda gənc müəllim şagirdi tərəfindən şantaj olunub.
Lent.az xəbər verir ki, hadisə Siyəzən rayonunda qeydə alınıb.
Rayon 1 saylı orta məktəbin müəllimi 22 yaşlı F.F. (ad şərtidir) polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi İ.H. tərəfindən şantaj olunduğunu bildirib.
Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib.
Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.
Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.
Faktla bağlı araşdırılma aparılır.
Azərbaycanda şagirdlərin şantaj etdiyi müəllim intihara cəhd etdi
28
aprel
12:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat