Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 39 kiloqram 300 qram narkotik vasitə (37 kq 400 qram marixuana, 1 kq 900 qram tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1180 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.