Ağsuda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağsu şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə daxil olan naməlum şəxs həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb.
O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib.
Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.
Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu
15
may
16:03

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi