22.05.2023-cü il tarixdə “Chevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün DİN BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona saxla işarəsi verilib, lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.
F.Kərimov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbirlərin icrasına başlanılıb.
Narkotik çəkib maşın sürdü
25
may
15:33

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər