İyunun 3-də saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin döyülərək 120 manatının talanması barədə polisə məlumat daxil olub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri Yavər Cavadov və Vahid Verdizadə müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
скачать dle 12.1