Voronejdəki Baltimor hərbi hava aerodromu ərazisində hərbçi atəş açaraq bir neçə nəfəri öldürüb.
 Bu barədə məlumatı TASS agentliyi Voronej vilayətinin səlahiyyətlilərinə istinadən yayıb.
“Bəli, belə bir fakt var, indi bütün detalları özümüz araşdırırıq, orada (aerodromda) bir neçə ölü var” deyib mətbuat xidməti.
Bölgənin fövqəladə hallar xidmətindəki mənbədən agentliyə bildirildiyi kimi, hərbçi bölmənin ərazisində barrikada qurub:
“O, zabitdən aldığı tapançadan atəş açmağa başlayib. Nəticədə 3 nəfər ölüb”.скачать dle 12.1