Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Potu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatl əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus köməkçi tikilidə baş verdiyi və genişlənərək bitişik evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 55m² olan ikiotaqlı köməkçi tikilinin 1 otağında 24m² sahədə tavan və əşyalar qismən yanıb. Köməkçi tikilinin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub.
Göyçayda yanğın oldu
20
iyun
15:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat