Oğuzda hoteldə vəfat edən Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib.
“Qafqazinfo” xəbər verir ki, o, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.
***09:42
Oğuzda yerləşən hoteldə ölüm hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Oguz şəhər ərazisində yerləşən "Səma" hoteldə qeydə alınıb.
Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər hoteldə ürəktutmasından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb hoteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağrılaraq iynə də vurulub. Bu gün səhər hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda vəzifəli şəxs hoteldə öldü - YENİLƏNİB
27
iyun
10:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat