Göyçayda tut ağacı kəsən qadın cəzalandırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31a ünvanında tut ağacının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı tut ağacının sözügedən ünvanda yaşayan vətəndaş İlhamə Babayeva tərəfindən kəsildiyi müəyyən olunub.
“Faktla bağlı akt, protokol tərtib edilib və İ.Babayeva barəsində qanunamüvafiq tədbir görülüb”.
B.Məhəmmədovun sözlərinə görə, kəsilmiş ağacın yerinə payız mövsümündə yeni ağacın əkilməsi üçün Göyçay bələdiyyəsinə göstəriş verilib.
Göyçayda tut ağacını kəsən qadın cəzalandırıldı
14
iyul
16:32

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu