Balakəndə 27 yaşlı qızın itkin düşməsi barədə xəbər vermişdik.
Lent.az-ın məlumatına görə, itkin düşən rayon sakini İsayeva Leyla Kamaldin qızı tapılıb. Onun şəhər ərazisində olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayan L. İsayeva tapılaraq, ailəsinə təhvil verilib.
Qeyd edək ki, L. İsayevanın ruhi-əsəb xəstəsi olduğu bildirilir.скачать dle 12.1