Şəkidə taxta sexində yanğın olub.
Hadisə Şəki şəhəri F. Əbdürəhmanov küçəsində baş verib. Yanğın yerinə Şəki Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı 1976-cı il təvəllüdlü Məmmədov Elşən Əhmədiyyə oğluna məxsus sahəsi 250 kv/m olan taxta sexinin,12 kv/m hissəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
скачать dle 12.1