Bakının Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
“Lexus” markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirib. Minik maşını eyni istiqamətdə hərəkətdə olan Malik Ağayevin idarə etdiyi QAZ-53 markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənib. Yük maşının sürücüsü bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsində üçüncü yol zolağında maksimum sürət həddi ilə hərəkət edib. Minik avtomobili yüksək sürətlə hərəkətdə olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bakı-Sumqayıt şosesində minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
02
avqust
09:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat