Yol qəzasına düşən rusiyalı müğənni Lada Densin xəstəxanada vəziyyəti pisləşib.
Bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. 
Onun nəfəs almaqda çətinlik çəkdiyi və çətinliklə danışdığı bildirilir.
Xatırladaq ki, avqustun 6-da Moskva vilayətində Lada üç avtomobilin iştirakı ilə qəzaya düşüb. Qəzada 4 nəfər xəsarət alıb. Müğənni qəza zamanı taksidə olub və toqquşma nəticəsində kəllə-beyin travması alıb. скачать dle 12.1