Bu ilin aprelində Nəsimi rayonunda “Prius” markalı avtomobili polislərin üzərinə sürən 36 yaşlı Rauf Qurbanovun məhkəməsi başlayır.
Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi “Toyota” markalı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Prius”u polislərin üzərinə sürən şəxsdən XƏBƏR VAR
15
avqust
11:20

Qarabağ
KOMMENTLƏR
Bakıda "Prius"u polislərin üstünə sürən şəxs HƏBS EDİLDİ
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV EDİLİR
Sabirabad sakinini öldürməyə cəhd edən şəxslərin işi məhkəməyə göndərildi
Polislərin üzərinə maşın sürən şəxs həbs edildi
DTX-dən daha bir əməliyyat — Bir nəfər həbs edildi
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi