Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yataqxananın ikinci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 kvadratmetr olan mətbəxdə bir ədəd qaz sobası yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən dörd nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***11:44
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub.
Report xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.скачать dle 12.1